İpoteka
İpoteka
Sərfəli şərtlər ilə ipoteka krediti üçün siz müraciət edin, sənədləşmədə və mənzil axtarışında biz dəstək olaq
Sifariş üçün: *0337
mortgage_home.jpg
mortgage1.svg
Bankın partnyor şirkətləri tərəfindən tikilən premium klass səviyyəli fərdi yaşayiş evlərin, lüks mənzillərin xüsusi şərtlərlə əldə olunma imkanı
mortgage2.svg
Bütün sənədlər təqdim olunduqda sonra 2 iş günü ərzində kreditin rəsmləşdirilmə imkanı
mortgage3.svg
Şəxsi müştəri meneceri iştirakı və dəstəyi ilə mənzillərə baxışın keçirilməsi, sahə ilə tanışlıq
Lüks və rahatlığın birləşdiyi məkanlar ilə tanış olun
mortgage1.jpg
Dreamland
Dreamland Golf Villas & Residences məkanı eksklüzivliyi və zərifliyi sevənlər üçün premium yaşayış tərzli iqamətgahlar təklif edir. Dreamland Azərbaycanın paytaxtinda, Beynəlxalq hava limanına 5 dəqiqəlik, şəhərin mərkəzinə isə cəmi 23 dəqiqəlik bir məsafədə yerləşir. Ümumi 330 hektarlıq ərazidə inşa edilmiş keyfiyyətli infrastruktura malik olan kompleks özündə 234 villa və 384 mənzil; 66 hektar Qolf sahəsi və Qolf Akademiyası; 4* Qolf Oteli; Spa və Fitnes Mərkəzi; Xolistik Mərkəz; Kavkazda ən böyük Uşaq Əyləncə Mərkəzi; SABIS® SUN Beynəlxalq Məktəbi; marketlər və restoranlar; açıq hava və qapalı tədbir məkanları; tennis, futbol, voleybol, basketbol və uşaq meydançaları; yaşıl parklar və göllər cəmləşdirir.
mortgage2.jpg
Sea Breeze Resort
Sea Breeze Resort Xəzər dənizinin mənzərəli sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən unikal kurort kompleksidir. Sea Breeze-də mülayim iqlim, isti dəniz və geniş qumlu çimərliklər müasir insanın bütün ehtiyaclarına cavab verən infrastrukturla tamamlanır. Otellərin böyük seçimi, dəbli restoranlar, SPA və fitnes mərkəzləri Xəzər sahilində istirahətinizi rahat və əyləncəli edəcək. Bütün ili Sea Breeze-də keçirmək istəyənlər üçün burada 24/7 marketlər, müalicə və anti-aging center, resepşn, məktəb, uşaq bağçası, çatdırılma xidmətləri, yaxtalar və qayıqlar üçün estakada və sair obyektlər xidmət edir. Bütün bunlar Sea Breeze-i həqiqətən dünya səviyyəli kurort edir.
mortgage3.jpg
Hayat Palace
Yüksək həyat standartlarına cavab verən, italyan barokko elementlərindən ibarət olan möhtəşəm yaşayış kompleksində mənzil sahibi olun. Bütün parametrlərə uyğun olan, nüfuzlu rayonda yerləşən, mənzillərə açılan şəxsi lift və sərbəst planlaşdırma ideyası gündəlik həyatınıza rahatlıq qatacaq Hayat Palace! Kafe «GARDEN»; Rezidentlər üçün fitness mərkəzi; 25 metrlik üzmə hovuzu; İki mərtəbəli parkinq; Mənzillərin sahəsindən asılı olaraq rezidentlər üçün 2 və ya 3 avtomobil yerləşən 1 parking yeri; -Konsyerj xidməti və təhlükəsizlik sistemi
mortgage4.jpg
Renessans Palace
Rahat həyat şəraiti üçün tamamilə bütün şərtləri təmin edilmiş ən yüksək yaşam standartlarına cavab verməklə “ev” anlayışına yeni məna qatan, orijinal memarlıq, istirahət üçün geniş imkanlar təklif edən nüfuzlu yaşayış kompleksi. Ərazinin abadlığı, dizayn, zəngin infrastruktur avropa səviyyəsində rahat şəhər yaşayış zonasının yaradılması ideyasına tabe olur. Sakit və rahat yaşam üçün lazım olan hər bir amil bu kiçik və rahat dünyada mövcuddur.
Əlavə məlumat üçün 1 kliklə müraciət edin və biz sizə zəng edəcəyik
Sifariş üçün: *0337